Bakının orta məktəblərinin XI sinif şagirdləri üçün yoxlama imtahanlarının vaxtı uzadılıb
28 Yanvar 2012 Şənbə 13:44
Belə bir qərarın verilməsinə pis hava şəraiti səbəb olub
"Pis hava şəraiti Bakıda Təhsil Nazirliyi tərəfindən paytaxtın orta ümumtəhsil məktəblərinin XI sinifləri üçün keçirilən yoxlama imtahanları üçün ciddi problem yaratmayıb". Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) sektor müdiri Zəminə Əliqızı bildirib.
Onun sözlərinə görə, imtahanlar Bakının bütün rayonlarını əhatə edən 72 imtahan mərkəzində keçirilib: "Buna görə də imtahanda şagirdlərin davamiyyəti yaxşı olub. Həmin ərazilərdə imtahanlar saat 10:00-da başlayıb və 13:00-da bitib. Əsas problem Bakının kəndlərində yaranıb. Bu ərazilərdə gecikmə halları qeydə alınıb. Lakin gecikən şagirdlərin imtahanda iştirak etməsi üçün də şərait yaradılıb. Geçikən şagirdlər üçün imtahan saat 14:00-a qədər davam edəcək".
Qeyd edək ki, imtahanda paytaxtın 22 minə yaxın XI sinif şagirdi iştirak edir.
DOSTLARINLA PAYLAŞ: