Bakıdakı məktəb direktorlarına yaş senzitətbiq olunacaq
03 Dekabr 2011 Şənbə 11:38
Yaş senzi indiyədək 295 məktəb direktoruna, ümumilikdə isə 10 106 müəllimə şamil edilib.
Bakı şəhərinin orta məktəblərinin direktorlarına yaş senzi hələ tətbiq edilməyib. APA-nın məlumatına görə, bu barədə bu gün Təhsil Nazirliyində keçirilən kollegiya iclasında nazir Misir Mərdanov bildirib.

Nazir deyib ki, Bakı məktəblərinin direktorlarına yaş senzi gələn ilin yanvarın 1-dən tətbiq olunacaq. Onun sözlərinə görə, yaş senzi indiyədək 295 məktəb direktoruna, 72 bağça müdirinə, 31 məktəbdənkənar təhsil müəssisəsinin direktoruna, ümumilikdə isə 10 106 müəllimə şamil edilib.

M. Mərdanov qeyd edib ki, öz yerində olan, işini bilən yüksək səviyyəli mütəxəssislər bu qərardan kənarda qalıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar