Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi açılıb – FOTOSESSİYA
28 Aprel 2012 Şənbə 14:27
Bu gün Bakıda Türkiyə universitetlərinin xüsusiləşmiş təhsil sərgisi açılıb.
APA-nın məlumatına görə, sərgidə 30-a yaxın Türkiyə universiteti iştirak edir. Sərgidə Anadolu, Bahçeşehir, Boğaziçi universitetləri, Orta Doğu Texniki Universiteti və digər ali təhsil müəssisələrinin təmsilçiləri ziyarətçilərə həmin universitetlər haqqında ətraflı məlumat veriblər. Sərgi “Akademi Group” tərəfindən təşkil edilib.

Sərginin açılışında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç da iştirak edib. Səfir Türkiyədə 4 minədək azərbaycanlı tələbənin təhsil aldığını deyib. Onun sözlərinə görə, belə sərgilərin keçirilməsi ölkələr arasında təhsil sahəsində əlaqələrin daha da genişləndirilməsi üçün çox əhəmiyyətlidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar