Bakıda qanunsuz işləyən üç ali məktəb aşkarlanıb
11 Fevral 2011 Cümə 13:45
Təhsil Nazirliyi bu məktəblərdə təhsil alan tələbələrin siyahısını toplayır
Azərbaycan Təhsil Nazirliyi Bakıda qanunsuz fəaliyyət göstərən üç ali məktəb aşkarlayıb. Nazirliyin baş məsləhətçisi İlyar Vahabov APA-ya deyib ki, həmin məktəblər Ukraynanın Kadrların İdarə Olunması Beynəlxalq Akademiyasının, Ukrayna Regionlararası Universitetinin və Gürcüstanın Heydər Əliyev adına Beynəlxalq Regionlararası Universitetinin Bakı filialları adı altında fəaliyyət göstərir.

Hazırda nazirlik fəaliyyətlərini davam etdirən bu məktəblərdə təhsil alan tələbələrin siyahısını toplayır. Bakının 9-cu mikrorayon ərazisində fəaliyyət göstərən bu məktəblərin hər üçü eyni ünvanda yerləşir. Nazirlik müvafiq araşdırma apardıqdan sonra həmin məktəblərin fəaliyyətlərinin dayandırılması məqsədilə lazımi tədbirlər görəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar