Bakıda məktəblinin dərs zamanı ölümü ilə bağlı müəllim cəzalandırıldı
15 Yanvar 2013 Çərşənbə Axşamı 10:56
Müəllimə şiddətli töhmət verilib
Bakı şəhərinin 182 saylı orta məktəbində dərs zamanı şagirdin faciəvi ölümündə məsuliyyətsizlik edən müəllim cəzalandırılıb. Məktəbin direktoru Zinət Tağıyevanın Milli.Az-a verdiyi məlumata görə, yanvarın 10-da idman dərsində 10 yaşlı Elmir Babaşovun faciəli ölümü ilə bağlı müəllim Tural Əliyevə Təhsil Nazirliyi tərəfindən şiddətli töhmət verilib.

İdman müəlimi T.Əliyevin dərsində 5-ci sinif şagirdi Elmir Babaşov mini-futbol meydançasının qapısından turnik kimi istifadə edərkən dirək aşması nəticəsində həyatını itirmişdi.

Hazırda Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin vəzifəli şəxsin işə vicdansız yanaşması və laqeyd münasibəti nəticəsində etdiyi səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma (314.2-ci) maddəsi ilə cinayət işinin istintaqı davam etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar