Bakıda məktəblərindən birində mobil telefon qadağası (VİDEO)
15 Fevral 2013 Cümə 11:50
114 saylı məktəbdə valideyni ilə əlaqə saxlamaq istəyən şagirdlərə məktəb tərəfindən şərait yaradılıb
Bakıda telefonların gətirilməsinə daha bir məktəb qadağa qoydu.Bu məktəbin şagirdləri istəsələr belə dərsə telefon gətirə bilməyəcəklər.

Mobil telefonlar həm şagirdlərin sağlamlığına ziyandır, həm də ki, onları dərsdən yayındıran başlıca vasitədir. Ona görə də Təsil Nazirliyi bununla bağlı bütün məktəblərə bir neçə dəfə xəbərdarlıq edib.

Belə ki, paytaxtın Suraxanı rayonunda 114 saylı orta məktəb, sinifindən asılı olmayaraq istər aşağı sinif şagirdləri, istərsə də yuxarı sinif şagirdlərinə məktəbə telefon gətirmələrinə qadağa qoyub.

Məktəbin direktor müavini bildirdi ki, “Tətbiq olunduğu ilk günlər narazılıq olsa da, sonra bu qayda hamı tərəfindən qəbul olundu”.

Valideyni ilə əlaqə saxlamaq istəyən şagirdlərə məktəb tərəfindən şərait yaradılıb. Lazım olan anda şagirlər valideynləri ilə, məktəb telefonu ilə əlaqə saxlaya bilər.



DOSTLARINLA PAYLAŞ:

oyunlar