Bakıda məcburi köçkünlər üçün 25 mərtəbəli yaşayış binası tikilir
14 May 2012 Bazar Ertəsi 13:28
Bina Müşviqabad qəsəbəsində yerləşir.
Qaradağ rayonunun Müşviqabad qəsəbəsində 22 hektar ərazidə 1440 məcburi köçkün ailəsi üçün salınan məhəllədə 25 mərtəbəli yaşayış binası tikilir. ANS PRESS-in Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, məhəllədə 1296 şagird yerlik məktəb, 140 çarpayılıq uşaq bağçası, kitabxana, klub, təcili yardım stansiyası, yanğın deposu, poçt binası da tikiləcək. Məhəllə qaz, su, elektrik, mərkəzləşdirilmiş istilik sistemi ilə tam təchiz olunacaq. Tikintisinə 2 minədək işçinin cəlb olunduğu məhəllədə parkın, idman meydançasının salınması da nəzərdə tutulub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məcburi köşkün ailələri üçün inşa olunan yaşayış mənzillərindən ibarət məhəllənin tikinti işləri ilə tanış olub. Əli Həsənov tikinti işlərini aparan şirkətlərin rəhbərləri ilə görüşüb, ölkəmizdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərlə bağlı məlumat verib. Daha sonra Əli Həsənov məhəllədə tikinti işlərinin yüksək səviyyədə görülməsi ilə bağlı öz tapşırıqlarını verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar