Bakıda ilin ən böyük təhsil sərgisi keçiriləcək
28 Mart 2011 Bazar Ertəsi 12:59
Sərgi aprelin 9-da olacaq
Bakıda aprelin 9-da 2011-ci ilin ən böyük təhsil sərgisi açılacaq. ANS PRESS-in məlumatına görə, sərgidə Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, İsveç, Şimali Kipr, Türkiyə və bir sıra başqa ölkələrin universitetləri iştirak edəcək. Ümumilikdə, sərgidə 12 ölkənin 60 ali təhsil ocağı təmsil olunacaq.
Tələbələrə xaricdə sertifikatlaşdırılmış təhsil, MBA proqramları və dil kursları haqda ətraflı məlumatlar veriləcək. Təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri qurumlarda təhsil almaq şərtlərini, ölkələrində tələbələrə nəzərdə tutulan güzəştlər, gündəlik xərclər və s. məsələlərlə bağlı sualları cavablandıracaq.
Sərgi aprelin 9-10–u, saat 13:00-dan 18:00-a kimi "Hyatt Regency" otelində keçiriləcək.
Qeyd edək ki, sərgi Türkiyənin məşhur “Akare International Education Fairs” şirkəti tərəfindən təşkil olunacaq. Sərgidə diplomatik korpus nümayəndələri və dövlət rəsmilərinin iştirakı da nəzərdə tutulur.
DOSTLARINLA PAYLAŞ: