Bakıda 88 nömrəli məktəb bağlandı
16 May 2014 Cümə 10:36
88 nömrəli məktəbin bağlanması xəbərləri ilə bağlı açıqlama verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Xətayi rayonunda yerləşən 88 nömrəli məktəbin bağlanması xəbərləri ilə bağlı açıqlama veriblər. İdarənin mətbuat xidmətindən ANS PRESS-ə bildirliblər ki, Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin rasionallaşdırılması və təhsil infrastrukturundan səmərəli istifadə edilməsi məqsədilə BŞTİ tərəfindən sistemli tədbirlər həyata keçirilir:

“Həmin tədbirlər çərçivəsində o cümlədən, məktəbin tutumu şagird sayını 2 dəfədən çox üstələdiyi, məsələn 600 yerlik məktəbdə 300-dən az şagird təhsil aldığı təqdirdə, həmin məktəbin şagird-müəllim heyətinin digər ümumtəhsil müəssisələrində yerləşdirilməsi, boşalmış məktəbdə isə sıxlığı yüksək olan və bu səbəbdən 2 növbəli rejimdə işləyən məktəblərin şagird-müəllim heyətinin yerləşdirilməsi nəzərdə tutulub”.

İdarədən bildiriblər ki, bu günlərdə BŞTİ-nin tabeliyində olan bir neçə belə ümumtəhsil müəssisəsində, o cümlədən Xətai r-nu 88 nömrəli orta məktəbin pedaqoji heyəti ilə görüşlər keçirilib, müəllimlərə yaşayış yerləri nəzərə alınmaqla daha yüksək dərs stavkası olan məktəblərdə işləmək təklif edilib:
“Şagirdlərə gəlincə onların valideynlərə uşaqların oxuduqları məktəbin 100-200 metr radiusunda yerləşən digər 3-4 məktəb seçmək imkanı olacaqdir”.

Xatırladaq ki, Xətayi rayonunda yerləşən 88 nömrəli məktəbin bağlanması barədə xəbərlər yayılıb. Xəbərlərdə məktəbin türklərə satıldığı iddia edilib. Hətta müəllimlərə könüllü qaydada işdən çıxmaları barədə ərizə də yazdırıldığı yayılan məlumatlar arasında yer alıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar