Bakı məktəblərində 45 müəllimin saxta diplomla işləyirmiş
11 Sentyabr 2014 Cümə Axşamı 12:22
Ötən dərs ilində Bakı məktəblərində 45 müəllimin saxta diplomla işlədiyi məlum olub.
Ötən dərs ilində Bakı məktəblərində 45 müəllimin saxta diplomla işlədiyi məlum olub.

ANS PRESS-in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Elnur Əliyev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib. O, həmçinin qeyd edib ki, bu il 7 məktəb direktoru vəzifəsindən azad edilib, 32 direktor intizam məsuliyyətinə cəlb olunub.

Elnur Əliyev onu da əlavə edib ki, bu ilin iyun ayında keçirilən müəllimlərin sınaq qiymətləndirilməsində Bakı məktəblərinin müəllimlərinin 96 faizi iştirak edib. Müəllimlərin 14,4 faizi qiymətləndirilmədə zəif, 85,6 faizi qənaətbəxş nəticə göstərib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar