Bakı Dövlet Universiteti tibb fakültesi açacaq?
30 Aprel 2013 Çərşənbə Axşamı 13:14
Bunun üçün Bakı Dövlet Universiteti müvafiq baza ve kadr potensialına sahib deyil.
Hələlik Bakı Dövlət Universitetinin nəzdində tibb fakültəsinin yaradılması nəzərdə tutulmayıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədov deyib.
O bildirib ki, Bakı Dövlət Universitetində tibb fakültəsinin yaradılması üçün həmin ali məktəbdə müvafiq baza və kadr potensialı yoxdur.
Pirməmmədovun sözlərinə görə, tibb sahəsini hər bir ali məktəbdə yaratmaq olmaz. Bunun üçün yüksək texniki təchizat və kadr potensialı lazımdır.
DOSTLARINLA PAYLAŞ: