Bakı Dövlət Universiteti tələbələri qan veriblər
12 Noyabr 2011 Şənbə 18:24
Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən 30 saylı şəhər poliklinikasında Konstitusiya gününə həsr olunmuş qanvermə aksiyası keçirilib.
 Bu barədə APA-ya BDU-nun mətbuat və informasiya şöbəsindən məlumat verilib.

Poliklinikanın baş həkimi Tamilla Əliyevanın sözlərinə görə, donorlardan qan almaq üçün Qanköçürmə İnstitutunun həkimləri dəvət olunub. Təşəbbüskarları Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev və Mülki hüquq kafedrasının müdiri, professor Məhəbbət Dəmirçiyeva olan qanvermə aksiyasında fakültənin 50 tələbə və müəllimi iştirak edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar