Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün proqram seçimi başlanır. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası məlumay yayıb.
Qəbul elanına əsasən, ali təhsil müəssisələrinin magistraturalarına 2 may tarixində keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar (ümumi balı 50-dən az olmayan bakalavrlar) imtahanın ikinci mərhələsinə buraxılır və proqram seçimində iştirak edirlər. Bunun üçün bakalavrlar iyunun 7-dən 12-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər (həmin proqramların siyahısı “Magistr” jurnalının 3-cü sayında dərc olunub).
Bundan sonra, bakalavrlar iyunun 17-dən 19-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər.
Qəbul imtahanının ikinci mərhələsi 2010-cu il iyunun 20-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. ANSPRESS
Bakalavrların proqram seçimi başlayır
Bakalavrların proqram seçimi başlayır. Seçim iyunun 12-dək davam edəcək.




Şərhlər