Bakalavrların nəzərinə!
27 İyun 2012 Çərşənbə 15:57
Ali məktəblərin magistraturalarının iki proqramında ixtisaslaşma üzrə minimal bal endirilib.
2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbulda bakalavrların ixtisaslaşma seçimi imkanları genişləndirildiyinə görə 19, 27, 35, 54 saylı qəbul proqramları üzrə müsabiqə vəziyyəti əvvəlki illərlə müqayisədə yaxşılaşıb.

ANS PRESS-in TQDK-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 26 saylı qəbul proqramı üzrə imtahan vermiş bakalavrların ixtisas üzrə göstərdiyi nəticələr zəif olduğuna görə ixtisaslaşmaların ödənişli yerlərinin müsabiqəsinə buraxılmaq üçün ixtisas üzrə minimal balı 15-ə endirmək qərara alınıb.

Ali təhsil müəssisələrində magistratura səviyyəsi üzrə 6021 plan yerinə qəbul olmaq üçün keçirilən imtahanın II mərhələsində iştirak edən 8370 bakalavrın 6763-ü ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar