Azərbaycanlı tələbələr Amerikada işləyə biləcək
08 May 2012 Çərşənbə Axşamı 18:32
“İşlə və səyahət et” proqramı çərçivəsində ABŞ-a gedəcək ali məktəb tələbələrinə vizalar təqdim edilib.
Bu ilin yay aylarında ABŞ-a “İşlə və səyahət et” proqramı çərçivəsində gedəcək ali məktəb tələbələrinə vizalar təqdim edilib. Tələbələr 3 aylıq yay tətili müddətində ABŞ-da həm yaşamaq, həm də işləmək imkanı əldə edəcək.

Artıq 8 ildir ki, ölkəmizdə həyata keçirilən bu proqram çərçivəsində ötən il 400 nəfər azərbaycanlı tələbə Amerikanı tanımaq, ingilis dilini təkmilləşdirmək məqsədi ilə Birləşmiş Ştatlara səfər edib.

ABŞ-ın müvəqqəti işlər vəkili Adam Sterlinqin sözlərinə görə, bu proqram çərçivəsində tələbələr yayı ABŞ-da keçirib: “Orada dolanışıqları üçün onlar işlə də təmin edilir. Lakin proqramın əsas məqsədi mədəniyyətlərarası mübadilədir. Düşünürəm ki, bütün Amerika boyu müxtəlif şəhərlərdə yaşamaq və amerikalılarla çiyin-çiyinə işləmək imkanı tələbələrin Amerikanı tanıması üçün əla fürsətdir. Eyni zamanda bu, Azərbaycanı tanıtmaqda əla bir fürsətdir”.



DOSTLARINLA PAYLAŞ:

oyunlar