Azerbaycanlı telebe Mirxəlil Namazzadə ilin ən yaxşı xarici tələbəsi seçildi.
Azərbaycanlı tələbə Ukraynada ilin ən yaxşı xarici tələbəsi seçildi. ANS PRESS-in məlumatına görə, Oles Qonçar adına Dnepropetrovsk Dövlət Universitetinin 4-cü kurs tələbəsi Mirxəlil Namazzadə 2012-2013 təhsil ilinin ən yaxşı xarici tələbəsi nominasiyasında "Oskar" mükafatına layiq görülüb.
Qeyd edək ki, Mirxəlil Namazzadə eyni zamanda fəal gəncdir. O, Ukrayna Azərbaycanlı Gənclər birliynin Dnepropetrovsk vilayət təşkilatının sədr müavini və Oles Qonçar adına Dnepropetrovsk Dövlət Universitetinin xarici tələbələr şurasının sədridir.