Azərbaycanlı şagird Türk dili olimpiadasında dərəcə qazanıb
02 İyun 2010 Çərşənbə 05:05
Azərbaycanlı şagird Türk dili olimpiadasında dərəcə qazanıb. Vahid Nuriyev “Bir fırtına tuttu” mahnısı ilə 2-ci qrupda II yeri tutub.
Türkiyədə keçirilən 8-ci Beynəlxalq Türk dili olimpiadası mahnı müsabiqəsinin final mərhələsi başa çatıb. ANS PRESS “Cihan”a istinadən xəbər verir ki, Azərbaycanı təmsil edən şagirdlərdən Vahid Nuriyev “Bir fırtına tuttu” mahnısı ilə 2-ci qrupda II yeri tutub. Qeyd edək ki, 120 ölkədən 750 nəfərin iştirak etdiyi müsabiqədə qaliblər Türk dilindən istifadə səviyyələrinə görə 6 qrupda 1, 2 və 3-cü yerləri tutublar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar