Azərbaycanlı alimə Sokrat mükafatı verilib
23 İyul 2013 Çərşənbə Axşamı 00:02
Mükafat Beynəlxalq Sokrat Komitəsi tərəfindən verilib.
İqtisadiyyat İnstitutunun direktoru, professor İsa Alıyev elmi uğurlarına görə Böyük Britaniyada fəaliyyət göstərən Beynəlxalq Sokrat Komitəsi tərəfindən iqtisadiyyat və biznes sahəsi üzrə Beynəlxalq Sokrat Mükafatına layiq görülüb. ANS PRESS Azərbaycan Milli Elmlər Akademiyasına istinadən xəbər verir ki, bu günlərdə sahibinə təqdim olunan mükafatın təqdimat mərasimi İsveçrənin Montre şəhərində, dünyanın 16 ölkəsindən ictimai təşkilatların, peşəkar və yaradıcı qurumların nümayəndələrinin iştirak etdikləri Liderlərin İsveçrə Sammiti çərçivəsində həyata keçirilib.

16 ölkəni təmsil edən, nüfuzlu ictimai təşkilatları, peşəkar və yaradıcı birlikləri özündə birləşdirən Beynəlxalq Sokrat Komitəsi tərəfindən peşəkar və ictimai fəaliyyətlərindəki böyük uğurlara görə nüfuzlu Avropa mükafatları ilə təltif edilirlər.

Qeyd edək ki, indiyədək İsa Alıyevlə yanaşı, ölkəmizin bir neçə alim və mütəxəssisi Beynəlxalq Sokrat mükafatı ilə təltif edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar