Azərbaycanın bölgələrindəki orta məktəblərdə buraxılış imtahanlarının günləri dəyişdirilib
06 İyun 2012 Çərşənbə 12:32
İmtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər isə iyulun 4-də buraxılış imtahanı verəcək.
Azərbaycanda orta ümumtəhsil məktəblərinin buraxılış imtahanı günlərində dəyişiklik edilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Sumqayıt, Abşeron, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar və Xaçmazda buraxılış imtahanları XI siniflər üçün iyunun 8-də saat 10.00-da, IX siniflər üçün saat 15.00-da keçiriləcəyini bildirib.

Onun sözlərinə görə, Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və Tovuzda buraxılış imtahanları iyunun 13-də, Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqanda iyunun 18-də, Şəki, Zaqatala, Balakən, Qax, Qəbələ, Oğuz, Mingəçevir, Göyçay, Ucar, Kürdəmir, Ağsu və Ağdaşda iyunun 24-də,
Lənkəran, Astara, Masalı, Lerik, Yardımlı, Cəlilabad, Şirvan, Salyan, Neftçala, Hacıqabul və Biləsuvarda iyunun 29-da keçiriləcək.

Eksternat qaydada və səhhəti, ailə vəziyyəti ilə bağlı buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər isə iyulun 4-də buraxılış imtahanı verəcəklər.



DOSTLARINLA PAYLAŞ:

oyunlar