Bu gün yerli vaxtla saat 09:58 radələrində Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ baş verib. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
İlkin məlumatlara əsasən yeraltı təkanlar paytaxt Bakıdan 30 km. cənubda Xəzər dənizində 56 metr dərinlikdə qeydə alınıb.
Rixter şkalası ilə 2.5 bal gücündə olan yeraltı təkanlar paytaxt və ətraf ərazilərdə hiss olunmayıb. ANSPRESS
Azərbaycanda zəlzələ baş verib
Azərbaycanda zəlzələ baş verib. Yeraltı təkanlar 2.5 bal gücündə olub.




Şərhlər