Təhsil

Azərbaycanda yeni universitet yaradılır

Prezident İlham Əliyev İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında sərəncam imzalayıb.

· Xəbərçi
Azərbaycanda yeni universitet yaradılır
Azərbaycan prezidenti İlham Əliyev İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında sərəncam imzalayıb. ANS PRESS-in prezidentin rəsmi saytına verdiyi məlumata görə, Nazirlər Kabinetinə bu universitetin nizamnaməsinin layihəsini hazırlayıb 2 ay müddətində prezidentə təqdim etmək tapşırılıb.

Sərəncamda Təhsil Nazirliyinə, habelə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə İnformasiya Texnologiyaları Universitetində 2013-2014-cü tədris ilindən etibarən təhsil prosesinə başlanılmasını təmin etmək və digər zəruri tədbirləri həyata keçirmək tapşırığı verilib.

Şərhlər