Təhsil

Azərbaycanda təhsil strateji prioritetlərdən biridir

Gennadi Burbulis: "Azərbaycan iqtisadi dividendləri uğurla təhsilin inkişafına yönəldir"

· Xəbərçi
Azərbaycanda təhsil strateji prioritetlərdən biridir
Azərbaycanda təhsil strateji prioritetlərdən biridir, bu da təbiidir, çünki təhsil xalqın və ölkənin bütün gələcəyinin əsasıdır. Bunu Rusiya Federasiya Şurasının sədrinin müşaviri Gennadi Burbulis Bakı Slavyan Universitetində tələbələrlə görüşü zamanı deyib.

Onun sözlərinə görə, bu gün bütün dünyanın sistemli böhranla qarşılaşdığı bir vaxtda Azərbaycan və Çin yeganə dövlətlərdir ki, iqtisadiyyatın artım dinamikasını saxlayıb. Rusiyalı qonaq bildirib ki, Azərbaycan iqtisadi dividendləri uğurla təhsilin inkişafına yönəldir.

Qeyd edək ki, Burbulis Humanitar Əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Forumunda iştirak etmək üçün Bakıya gəlib. Bu gün Bakıda Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumu işə başlayıb. ANSPRESS

Şərhlər