Azərbaycanda savadsız şagird ordusu var
08 Sentyabr 2009 Çərşənbə Axşamı 16:30
Misir Mərdanov: "Çalışırıq ki, orta məktəbi bitirən hər bir adam yazıb oxumaqla yanaşı biliklərini tətbiq edə bilsin"
Ölkədə savadsız şagirdlərin sayı həddindən artıq çoxdur. Bu sözləri təhsil naziri Misir Mərdanov Bakı müəllimlərinin konfransında deyib. «Şagirdlərin savadlılıq səviyyəsi mürəkkəb məsələdir. Məsələn, 30-40 il əvvəl savadlı insan deyəndə, yalnız yazmağı və oxumağı bacaran insanlar nəzərdə tutulurdu. Ancaq bu gün bu məsələ tamamilə fərqlidir. Bu baxımdan yanaşsaq, savadsızların sayı həddindən çoxdur", - deyə o vurğulayıb.

Mərdanovun sözlərinə görə, nazirlik çalışır ki, cəmiyyətdə orta məktəbi bitirən hər bir adamın yazıb oxumaqla yanaşı, aldığı bilikləri tətbiq etmək bacarığı olsun.

"Müasir kompüter texnologiyasından istifadə etmək bacarığı olsun, ünvanına gələn məktubları qəbul etmək, onlara cavab vermək bacarığı olsun. Həyatda rast gəldiyi insanlara tibbi baxımdan da kömək etməyi bacarsın. İndi savadlı insan belə təqdim olunur. Buna görə hələ çox işləməliyik»,- deyə nazir vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar