Azərbaycanda məktəbə qədər təhsil məcburi ola bilər
01 Sentyabr 2011 Cümə Axşamı 16:09
Lakin hələlik bu mümkün deyil
Azərbaycanda məktəbə qədər təhsil məcburi ola bilər. Təhsil Nazirliyinin məktəbəqədər tərbiyə şöbəsinin nümayəndəsi Nərminə Əlnağıyeva 1news.az-a bildirib ki, bugünki gündə respublikada ümumi məcburi məktəbə qədər təhsilin tətbiq edilməsi mümkün deyil. Çünki ölkədə belə müəssisələrin sayı kifayət qədər deyil.

“Bu gün Azərbaycanda tikinti sahəsi və uşaq bağçalarının kapital təmirində irimiqyaslı işlər gedir. Bütün bunlara baxmayaraq ümumi məktəbə qədər təhsilin tətbiq edilməsi kifayət etmir. Buna görə hesab edirəm ki, yaxın 1-2 il müddətində ölkədə ümumi məktəbə qədər təhsilin tətbiq edilməyəcək”,- deyə Nərminə Əlnağıyeva əlavə edib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar