Azərbaycanda magistraturaya qəbul olunmaq istəyənlərin nəzərinə!
17 Fevral 2012 Cümə 13:06
Bakalavrlar ərizələrini fevralın 18-i saat 17:00-dək təsdiqlədə bilərlər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin magistratura səviyyələri üzrə sənəd qəbulu üçün bakalavrların elektron ərizələrini təsdiqlətmə müddətini bir gün uzadıb. Bunu cümə günü Trend-ə TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

Onun sözlərinə görə, bakalavrlar fevralın 8-dən başlayaraq, fevralın 17-si saat 17:00-dək "Bakalavrların elektron ərizəsi"ni dolduraraq təsdiq etdirməli idilər. TQDK-nın yeni qərarına uyğun olaraq, bakalavrlar ərizələrini fevralın 18-i saat 17:00-dək təsdiqlədə bilərlər.

Magistraturaya qəbul imtahanı iki mərhələdə keçiriləcək. İlk mərhələnin imtahanı fevralın 26-da olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar