Azərbaycanda magistraturaya qəbul imtahanlarının vaxtı açıqlanıb
12 Yanvar 2012 Cümə Axşamı 11:38
Azərbaycanda magistraturaya keçiriləcək qəbul imtahanlarının vaxtı açıqlanıb.
APA-nın məlumatına görə, bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədr müavini Namiq Babayev bildirib ki, magistraturaya elektron ərizələrin qəbulu fevral ayının əvvəllərində aparılacaq. Qəbul imtahanı bu il də iki mərhələdə aparılacaq. Birinci mərhələ fevralın sonunda, ikinci mərhələ isə ali təhsil müəssisələrində buraxılış imtahanları başa çatdırdan sonra - iyun ayında keçiriləcək.

Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatika üzrə bilik səviyyəsi test üsulu ilə, ikinci mərhələdə isə bakalavrların ixtisas üzrə bilikləri yoxlanılacaq. Müsabiqə və yerləşdirmə iki mərhələdə toplanan ballar əsasında həyata keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar