Azərbaycanda magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb
06 Mart 2012 Çərşənbə Axşamı 18:12
Azərbaycanda ali məktəblərin magistratura pilləsinə qəbul imtahanlarının birinci mərhələsinin nəticələri açıqlanıb.
Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, qəbul imtahanlarının nəticələri TQDK-nın internet saytında yerləşdirilib. Bakalavrlar topladıqları ballar haqqında məlumatı "İmtahancell" xidmətindən də öyrənə bilərlər. Bunun üçün iş nömrəsini 7727 nömrəsinə SMS-lə göndərmək kifayətdir.

Hər bir bakalavr TQDK-nın internet saytına daxil olaraq öz cavablarının qrafik təsviri ilə tanış ola bilər.

Qeyd edək ki, magistraturaya qəbul imtahanının birinci mərhələsi martın 4-də respublikanın 4 şəhərində - Bakı, Naxçıvan, Gəncə və Lənkəranda keçirilib. İmtahanda iştirak etmək üçün 18019 bakalavr ərizə verib. Onlardan 13 nəfəri qəbul qaydalarını pozduğuna görə imtahandan qovulub. 460 bakalavr isə imtahana gəlməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar