Azərbaycanda İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun yaradılacaq
17 Sentyabr 2009 Cümə Axşamı 09:35
İnstitut Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərəcək
Azərbaycanda İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun yaradılacaq. Bununla bağlı Nazirlər Kabineti qərar qəbul edib. Qurumun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərəcək İnstitutun yaradılmasında Təhsil Nazirliyinin təklifini nəzərə alınıb.
Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən «Azərbaycan regionlarının inkişafı problemləri üzrə elmi araşdırma və konsaltinq» Mərkəzinin bazasında və mövcud ştat vahidləri dairəsində yaradılacaq. İnstitutunun fəaliyyəti ilə bağlı tələb olunan xərclər dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin Azərbaycan Dövlət İqtisad Universiteti üzrə nəzərdə tutulmuş vəsait çərçivəsində həyata keçiriləcək.
DOSTLARINLA PAYLAŞ: