Azərbaycanda institut rektoru vəzifəsindən azad edildi
10 Aprel 2013 Çərşənbə 12:23
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifəsini hazırda şöbə müdiri icra edir.
Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) rektoru Sənan Kərimov vəzifəsindən azad edilib. Trend-in məlumatına görə, institutun rektoru vəzifəsini hazırda Sabunçu rayon 3 saylı Xəstəxanasının Cərrahiyə şöbəsinin müdiri Nazim Qasımov icra edir.
Sənan Kərimov 2006-2008-ci illərdə səhiyyə nazirinin müavini vəzifəsində çalışıb. 2009-cu ildən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifəsində işləyib.
DOSTLARINLA PAYLAŞ: