Azərbaycanda doktoranturaya sənəd qəbulu başa çatıb
30 Sentyabr 2011 Cümə 18:12
Azərbaycanda doktoranturaya sənəd qəbulu başa çatıb. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) I vitse-prezidenti Arif Həşimov bildirib.
Onun sözlərinə görə, gələn həftənin əvvəlində sənəd qəbulunun yekunları ilə bağlı geniş məlumat veriləcək.
Gələn həftə həmçinin AMEA Rəyasət Heyəti tərəfindən doktoranturaya imtahan günləri də müəyyən ediləcək. A. Həşimov deyib ki, doktoranturaya ilk imtahan ixtisas fənnindən olacaq, sonra isə namizədlərin xarici dil və fəlsəfədən bilikləri yoxlanacaq.
Qeyd edək ki, bu il Azərbaycanda ilk dəfə olaraq doktoranturaya qəbul keçiriləcək. APA
DOSTLARINLA PAYLAŞ: