Azərbaycanda doktoranturaya qəbul imtahanları başa çatıb
18 Noyabr 2011 Cümə 18:00
Azərbaycanda doktoranturaya ilk dəfə keçirilən qəbul imtahanları başa çatıb.
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının I vitse-prezidenti Arif Həşimov bildirib. Onun sözlərinə görə, artıq noyabrın 21-dən AMEA-ya daxil olan institutlar imtahanların nəticələrini təqdim etməyə başlayacaq.

İmtahanların nəticələri gələn həftə AMEA-nın bölmələrinin büro iclaslarında müzakirə olunacaq. Dekabr ayında isə AMEA Rəyasət Heyəti öz iclasında doktoranturaya daxil olanların son siyahısını, onların mövzularını və elmi rəhbərlərini təsdiq edəcək.

Azərbaycanda doktoranturada təhsil gələn ilin əvvəlindən başlayacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar