Azərbaycanda çox ağıllı və istedadlı gənclər var
03 Aprel 2009 Cümə 17:05
Bunu Bakıda səfərdə olan Beynəlxlaq Elm Olimpiadasının prezidenti Masno Gintinq deyib

 

Beynəlxlaq Elm Olimpiadasının prezidenti Masno Gintinq Azərbaycana gəlib. ANSPRESS-in məlumatına görə, M. Gintinq bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Bakıya ayaq basdığı ilk andan özünü Avropanın ən nüfuzlu ölkələrindən birində olduğu kimi hiss edir.

6-cı Beynəlxalq Elm Olimpiadasının Bakıda keçirilməsinin çox mötəbər hal olduğunu vurğulayan prezident bu olimpiadadan sonra Azərbaycan adının bütün dünyada daha çox tanınacağına əmin olduğunu bildirib: “6-cı Beynəlxalq Elm Olimpiadasında təqribən 51 ölkənin təmsilçiləri iştirak edəcək. Ümud edirəm ki, keçiriləcək olimpiadadan sonra yeniyetmələrin elmə olan maraqları daha da artacaq. Hər bir ölkənin inkişafında elmin böyük önəmi var. Müşahidələrimə əsasən deyə bilərəm ki, Azərbaycanda çox ağıllı və istedadlı gənclər var.”

Qeyd edək ki, 6-cı Beynəlxalq Elm Olimpiadası 2009-cu ilin dekabr ayında Bakıda keçiriləcək. Heydər Əliyev Fondu, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Çağ Öyrətim İşlətmələri qurumunun birgə təşəbbüsü ilə həyata keçiriləcək olimpiadaya dünyanın 50-dən çox ölkəsindən 15 yaşlı yeniyetmələr qatılacaq. Həm fərdi, eyni zamanda qrup şəklində keçiriləcək yarışlarda yeniyetmələr ingilis dilində fizika, kimya və biologiya fənlərindən mübarizə aparacaqlar. 

Elvin Rəsul/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar