Azərbaycanda ali məktəblərin I ixtisas qrupu üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslara qabiliy
24 İyul 2012 Çərşənbə Axşamı 10:45
Azərbaycanda ali məktəblərin I ixtisas qrupu üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslara qabiliyyət imtahanları başlayıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, I ixtisas qrupuna daxil olan xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə turlarda iştirak edərək müvəffəq qiymət alan və test imtahanı nəticəsində müvafiq müsabiqə şərtini ödəyən abituriyentlər iyulun 24-dən qabiliyyət imtahanı verəcəklər. Qabiliyyət imtahanları iyulun 30-dək davam edəcək. Test imtahanının nəticəsinə əsasən, 11256 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb.

Qabiliyyət imtahanından keçməyən abituriyentlər müsabiqə şərtini ödədikləri halda həmin qrupa aid xüsusi qabiliyyət tələb etməyən digər ixtisasların müsabiqəsində iştirak edə bilərlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar