Azərbaycanda ali məktəblərə ixtisas seçimi üçün sənəd qəbulunun vaxtı uzadılıb
02 Avqust 2010 Bazar Ertəsi 17:55
2010-2011-ci tədris ili üzrə ali məktəblərə yerləşdirmə üçün ixtisas seçiminə sənəd qəbulunun vaxtı uzadılıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə APA-ya bildirib ki, ixtisas seçimi sənəd qəbulunun vaxtının bu gün saat 24.00-dək davam etməsi nəzərdə tutulmuşdu. Amma indiyədək təxminən 700 abituriyent hələ də ərizəsini təsdiqlətməyib. Bu səbəbdən TQDK sənəd qəbulunun vaxtının 1 gün - avqustun 3-ü saat 14.00-dək uzadılmasına qərar verib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar