Azərbaycan universitetlərinin filialları Gürcüstanda açıla bilər
04 Mart 2010 Cümə Axşamı 19:20
Söhbət qonşu ölkənin Kvemo-Kartli bölgəsindən gedir
Azərbaycanın təhsil naziri Misir Mərdanov və Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze bu ölkədə Azərbaycanın ali təhsil müəssisələrinin filiallarının yaradılması məsələsini müzakirə edib. Bu barədə Təhsil Nazirliyinin məlumatında deyilir.

Qubernatorla görüş zamanı nazir həmçinin Azərbaycanda gürcü dilinin tədris edilməsinin mümkünlüyünü müzakirə edib.

Mərdanov diqqəti xüsusi olaraq Azərbaycanın Qax, Balakən, Zaqatala rayonlarındakı gürcü məktəblərinə yönəldib. Qubernator da öz növbəsində Gürcüstan hökumətinin Kvemo-Kartlidəki Azərbaycan məktəblərinin təmir və inkişafına ayırdığı vəsait, Gürcüstandakı yeni təhsil konsepsiyası barədə məlumat verib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar