Azərbaycan Turizm İnstitutunda dil müəllimlərinin attestasiyası keçirilib
08 Sentyabr 2011 Cümə Axşamı 12:56
Azərbaycan Turizm İnstitutunda dil müəllimlərinin attestasiyası keçirilib


Bakı. Ülkər Qasımova – APA. Bu günlərdə Azərbaycan Turizm İnstitutunda (ATİ) turizm sənayesinin inkişafında mühüm rol oynaya biləcək gənc mütəxəssislərin hazırlanması prosesinin keyfiyyətcə yüksəldilməsi üçün ingilis və rus dili müəllimlərinin attestasiyası keçirilib. Bu barədə APA-ya ATİ-nin mətbuat xidmətindən məlumat verilib.

ATİ-nin rektoru Cəfər Cəfərovun əmri ilə Attestasiya Komissiyası yaradılıb. Bu komissiyaya BDU-nun və Bakı Slavyan Universitetinin peşəkar müəllimləri daxil edilib. Müsabiqə iştirakçılarının pedoqoji və müəllim peşəkarlığı komissiya üzvləri tərəfindən 30 ballıq şkala üzrə qiymətləndirilib. Müsabiqədə iştirak edən Turizmin Linqvistik Təminatı kafedrasının 18 müəllimindən 10 nəfəri yüksək nəticə göstərib. İngilis dili fənninin müasir tələblər səviyyəsində tədrisini həyata keçirmək məqsədilə birinci kurs tələbələrinin “level” üzrə qruplaşmaları komissiya üzvləri tərəfindən müəyyənləşdirilib. İngilis dili müəllimlərinin peşə attestasiyası GRBS İELTS Mərkəzinin nümayəndələri ilə birlikdə test üsulu ilə iki mərhələdə həyata keçirilib, 14 nəfər müsabiqə iştirakçısının hazırlığı qənaətbəxş olub.

Attestasiya komissiyasının yekun nəticələri sentyabrın 13-də ATİ-nin böyük Elmi Şurasında müzakirəyə çıxarılaraq təsdiq olunacaq. Yüksək nəticə göstərmiş müəllimlərin pedaqoji işlərə cəlb olunması təmin ediləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar