Azerbaycan Texnologiya Universiteti yeni xidmet başladıb
14 Avqust 2013 Çərşənbə 08:42
Azerbaycan Texnologiya Universiteti yeni xidmet başladıb. Burada valideynlerin iştirakı ile, heç bir rüsum ödənilmeden bütün qruplar üzre ixtisas seçimi aparılır.
Test imtahanlarından yüksək bal toplayaraq Azərbaycan Texnologiya Universitetinə qəbul olunmuş tələbələrin ixtisas seçiminə kömək məqsədilə universitetdə “İxtisas seçimi xidməti” yaradılıb.

Universitetin tədris işləri üzrə prorektoru Məntiq Cəfərov AzərTAc-a deyib ki, “İxtisas seçimi xidməti”nin yaradılması abituriyentlərin və onların valideynlərinin ürəyincədir. Burada valideynlərin iştirakı ilə, heç bir rüsum ödənilmədən bütün qruplar üzrə ixtisas seçimi aparılır.

Yeni xidmət növü avqustun 15-dək davam edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar