Azərbaycan orta məktəblərində şahmat tədris ediləcək
29 Mart 2012 Cümə Axşamı 14:46
Bu məqsədlə şahmat dərsliyi hazırlanacaq
Azərbaycanın orta məktəblərində şahmat fənnini tədris etmək üçün xüsusi dərslik hazırlanacaq. Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov bildirib ki, bu ilin yanvarından 75 pilot məktəbdə 5.200-ə yaxın II sinif şagirdinə şahmat fənni keçilir. Şagirdlərə dərs keçmək üçün 19 saat üçün nəzərdə tutulmuş şahmat üzrə dərs vəsaitindən istifadə edilir. Təhsil naziri Misir Mərdanovun əmri olacağı təqdirdə, gələn tədris ili üçün 32 saatlıq şahmat dərsliyi hazırlanacaq.

Hazırda Azərbaycanda şahmat məktəbləri üçün yeni elektron tədris vəsaiti də hazırlanır.
A.İbrahimov, ötən il ilk dəfə olaraq şahmat məktəbləri üçün "Şahmat dünyası" multimedia sisteminin çap olunaraq bütün şahmat məktəblərinə paylandığını bildirib.

Hazırda "Şahmat dünyası-2" elektron tədris vəsaiti hazırlanır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar