Azərbaycan Memarlıq və İnşaat Universiteti binası təmir olunacaq
16 İyun 2010 Çərşənbə 22:15
Azərbaycan Memarlıq və İnşaat Universiteti binası təmir olunacaq. Bu məqsədlə Təhsil Nazirliyinə 3 milyon manat ayrılıb.
Azərbaycanda memarlıq və inşaat sahəsində kadrların yetişdirilməsində böyük xidmətləri olan Azərbaycan Memarlıq və İnşaat Universitetinin maddi-texniki bazası möhkəmləndiriləcək. Bununla bağlı prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Memarlıq və İnşaat Universitetinin binasının əsaslı təmiri və yenidən qurulması üçün Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə 3 milyon manat məbləğində vəsait ayrılıb. Maliyyə Nazirliyinə isə bu vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirmək tapşırılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar