Azərbaycan – Macar danışıq kitabçası çap edilib
01 Aprel 2011 Cümə 09:58
Azərbaycanın Macarıstandakı səfirliyini təşəbbüsü ilə macar alimi, Budapeştdəki ELTE Universitetinin müəllimi Mariya Meneşeinin hazırladığı “Azərbaycan – Macar danışıq kitabçası” çap edilib.
 Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, kitab “Azərbaycan Mədəniyyəti Macarıstanda” seriyasından işıq üzü görüb. Onun müəllifi Mariya Keneşei ixtisas etibarı ilə azərbaycanşünasdır. 1969-cu ildə Bakı Universitetinin filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirib. Universitet tələbələri, azərbaycanlı və macar turistlər üçün nəzərdə tutulmuş kitabda 10 populyar mövzu ilə bağlı söhbətlər verilib. Müəllif eyni zamanda kitaba qısa qrammatik oçerk və Azərbaycanca – macarca sözlük də əlavə edib. Azərbaycanın Macarıstandakı keçmiş səfiri Həsən Həsənovun və Azərbaycan AMEA-nın Humanitar elmlər bölməsinin akademik katibi A. Axundovun yazdıqları ön sözdə iki ölkə arasındakı ədəbi – mənəvi əlaqələrdən və dil bağlantılarından bəhs olunur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar