Azərbaycan Ermənistanı məğlub etdi, çempion oldu
01 Avqust 2011 Bazar Ertəsi 16:12
“Nə? Harada? Nə vaxt?” intellektual oyununun Cənubi Qafqaz üzrə 13-cü çempionatının qalibi biz olduq.
Gürcüstanın Batumi şəhərində keçirilmiş “Nə? Harada? Nə vaxt?” intellektual oyununun Cənubi Qafqaz üzrə 13-cü çempionatında Azərbaycan birinci oldu.
Şaiq Hüseynovun komandası I, Nigar Hüseynovanın II, ötənilki qalibimiz Balaş Hüseynovun komandası III yeri qazanıblar.
Xatırladaq ki, birincilik uğrunda Azərbaycan, Gürcüstan və Ermənistan yığmaları yarışıblar. 52 komandanın iştirak etdiyi bilik yarışının münsiflər heyətinə “Billur bayquş” mükafatı laureatları Aleksandr Druz (Sankt-Peterburq), Aleksandr Rubin, İlya Novikov (hər ikisi Moskva) və Yelena Potanina (Odessa) daxil olub.
Qeyd edək ki, indiyədək keçirilmiş 12 çempionatda Azərbaycan 5, Gürcüstan 4, Ermənistan isə 3 dəfə qələbə qazanıb.
Yarış Batumi meriyası və şəhər şurasının, Acarıstan Təhsil, Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə keçirilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: