Azerbaycan Dövlet Pedaqoji Universiteti ADPU telebelerinin problemi hell olundu
24 Oktyabr 2013 Cümə Axşamı 14:44
Tələbələrlə keçirilən görüşdən sonra əvvəl olduğu kimi, semestr imtahanını test üsulu ilə verilməsi qərara alınıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələrinin narazılığına səbəb olan məsələ həllini tapıb. APA-nın məlumatına görə, ADPU-nun rektoru Yusif Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, ötən gün tələbələrlə keçirilən görüşdən sonra yekun qərar qəbul olunub.

Rektorun sözlərinə görə, qərara əsasən, tələbələr əvvəl olduğu kimi, semestr imtahanını test üsulu ilə imtahan verəcəklər.

Artıq tələbələrin bu tələbi yerinə yetirildiyi üçün bu günə planlaşdırılan aksiyanın keçirilməsinə də ehtiyac qalmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar