Azərbaycan dili fənnindən imtahanın nəticələri
22 İyun 2009 Bazar Ertəsi 11:15
Azərbaycan dili fənnindən imtahanın nəticələri. 3516 abituriyentdən 568-i imtahana gəlməyib

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 21-də Bakı və Naxçıvan şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən keçirilən imtahanın nəticələrini açıqlayıb. TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, imtahanda iştirak etmək hüququ olan 3516 abituriyentdən 2948 nəfəri imtahanda iştirak edib. 568 abituriyent imtahana gəlməyib. İmtahan qaydalarını pozduğuna görə 2 abituriyent imtahandan xaric edilib və nəticələri ləğv olunub.

Abituriyentlərdən 2207 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiyməti alıb. İmtahanda göstərilən ən yüksək nəticə 30 bal, ən aşağı nəticə isə 0 bal olub.

Qeyd edək ki, imtahanın nəticələri iyunun 21-də TQDK-nın internet saytında yerləşdirilib.
Azərbaycan dili imtahanından məqbul qiyməti almayan rus bölməsinin abituriyentləri 2009/2010-cu tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə və orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək hüququnu itiriblər. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar