Azərbaycan AİESEC konfransında iştirak edib
29 Aprel 2011 Cümə 21:17
Dünyanın ən böyük beynəlxalq tələbə təşkilatı AİESEC in toplantısında 50 ölkədən 250-dən çox adam iştirak edib.
Azərbaycan Estoniyada dünyanın ən böyük beynəlxalq tələbə təşkilatı “AİESEC”ın konfransında iştirak edib. Burada 50 ölkədən 250-dən çox iştirakçı toplaşıb. Azərbaycan bu konfransda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 3 tələbədən ibarət olan qrupla təmsil olunub.
Təşkilatın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müzakirələr, seminarlar və təlimlər vasitəsi ilə gənclər ilə öz fikirləri və təcrübə mübadiləsi ilə bölüşüblər. Təlimlər və seminarların əsas mövzusu liderlik və menecmentlik haqda olub. Azərbaycan nümayəndələri “PwC”, “DHL”, “Hult”, “Alcatel Lucent”, “TCS”, “Electrolux” və s. beynəlxalq şirkətlərlə görüşlərdə iştirak ediblər.
Daha sonra AİESEC təşkilatının ənənəvi “Global kənd" (Global Village) proqramı təşkil olunub və bu proqram çərçivəsində müxtəlif ölkələrdən olan tələbələr öz mədəniyyət və adət-ənənələrini nümayiş etdiriblər. Milli libaslar geyinmiş azərbaycanlı tələbələr öz doğma Vətənlərinin tarixi, mədəniyyəti, milli mətbəxi barədə geniş məlumat veriblər.
AİESEC gənclərin potensiyalını kəşf edirən və inkişaf etdirmək istiqamətində fəaliyyət göstərən beynəlxalq təşkilatdır. Beynəlxalq təşkilatın Azərbaycandakı tərəfdaşları “Bakcell”, “AG Bank”, “Garant Sigorta” və “GoldenPay” şirkətləridir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: