"AtaSığorta" tələbələrə treninq keçirdi
19 May 2010 Çərşənbə 16:20
"AtaSığorta" tələbələrə treninq keçirdi. Onlar bilik və bacarıqlarını real sığorta sahəsində tətbiq etmək şansını qazanıb.
Ölkəmizin ali təhsil müəssisələrinin iqtisad fakültələrinin tələbələri 15-16 may 2010-cu il tarixlərində “Sığortada fəal satış” mövzusunda treninqinin iştirakçısı olub. Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan “AtaSığorta” ASC-nin təşəbbüsü ilə keçirilmiş treninqdə tələbələr nəzəri sığorta biliklərini artırmaqla bərabər bilik və bacarıqlarının real sığorta sahəsində tətbiq edilməsi şansını qazanıb. “AtaSığorta”nın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, treninqin yekununda tələbələrlə görüşən “AtaSığorta” ASC-nin Direktorlar Şurasının sədri Fərid Əsədov qeyd edib ki, bu treninqlə bağlı şirkət qarşısına qoyduğu məqsədlərə tam nail olub: “Treninq iştirakçılarının mövzuya olan böyük maraqlarını və yüksək fəallığını etiraf etməyə şadıq. Mən hesab edirəm ki, tələbələrin sığorta işinə marağının artmasına nail olduq və ümid edirəm ki, treninqdə iştirak edən bir çox dinləyicilərimiz bir vaxt ölkəmizin qabaqcıl sığorta şirkətlərində öz layiqli yerlərini tutacaq”.

Qeyd edək ki, treninqdə iştirak edən tələbələr “AtaSığorta” ASC-yə çoxlu sayda göndərilmiş ərizələrdən seçilərək dəvət olunub. “AtaSığorta” ASC 2004-cü ildən fəaliyyət göstərir və 26 növ üzrə sığorta əməliyyatı aparmaq üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyindən müddətsiz lisenziyaya malikdir. Şirkətin nizamnamə kapitalı 4 milyon manat təşkil edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar