Apelyasiya komissiyaları işə başlayır
28 İyul 2009 Çərşənbə Axşamı 09:05
Apelyasiya komissiyaları işə başlayır. Qəbul imtahanları ilə bağlı şikayətlər iyulun 30-na kimi qəbul ediləcək.

Bu gündən Azərbaycan Respublikasının ali məktəblərinə və orta təhsil bazasından orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanları ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən Apelyasiya komissiyaları təşkil olunur. Komissiyaları iyulun 30-na kimi saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək.

Qruplar üzrə şikayətlər müxtəlif ünvanlarda qəbul ediləcək.
I və IV qruplar üzrə - Bakı Qızlar Universiteti
II və III qruplar üzrə - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
Rus bölməsi bütün ixtisas qrupları üzrə - TQDK

Abituriyent Apelyasiya komissiyasına şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə, şəxsən müraciət etməlidir. Müraciətin araşdırılması zamanı onunla birlikdə yalnız valideyni iştirak edə bilər, üçüncü şəxslərin iştirakına icazə verilmir.

Qeyd edək ki, qəbul imtahanları iyulun 5-dən 24-dək keçirirlib. İmtahanlarda ümumilikdə 100 mindən artıq abituriyent iştirak edib. Ayrılmış plan yerlərinin sayı isə 29 minə yaxındır. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar