Amerika Günlərinə yekun vurulub
01 May 2011 Bazar 19:04
Metyu Brayza: "Ölkələrimizi biri-birinə daha da yaxınlaşdırmaq üçün bu ənənəni Azərbaycanla bölüşmək istəyimişik".
Bir aydir ki, Bakıda davam edən Amerika Günlərinə yekun vurmaq məqsədilə bu gün 3 musiqi qrupunun çıxışı ilə Amerika üslubunda rok konserti keçirilib. Azərbaycan Beynəlxalq Məktəbindən gənc amerikali musiqiçilərin daxil olduğu iki qrup və “Entrop” qrupları konserti açıq elan edib.

Bakı sakinləri olan beynəlxalq musiqiçilərin daxil olduğu qruplar Amerika klassik rokunu ifa ediblər. Konsertdə Amerikanın Azərbaycandaki səfiri Metyu Brayza da iştirak edib. O qeyd edib ki, ölkələrimizi biri-birinə daha da yaxınlaşdırmaq üçün bu ənənəni Azərbaycanla bölüşmək istəyiblər. Amerika səfirliyinin və Gənclər Klubu İctimai Birliyinin maliyyə dəstəyi ilə aprel ayı boyunca Azərbaycan Dillər Universitetinin Amerika Mərkəzində Amerika Günlərinə həsr edilmiş tədbirlər silsiləsi təşkil olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar