Amerika günləri qurtardı
03 Aprel 2010 Şənbə 14:55
Xarici Dillər Universitetində Amerika günlərinin bağlanış mərasimi keçirilib.
Bakıda bir aydır davam edən “Amerika günləri”nə yekun vurulub. Bu gün Xarici Dillər Universitetində “Gənclər klubu” ictimai birliyinin təşkilatçılığı ilə “Amerika günləri”nin təntənəli bağlanış mərasimi keçirilib. Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Donald Lu və Xarici Dillər Universitetinin rektoru Səməd Seyidov dövlətlər arasında mədəni mübadilələrin inkişafı baxımından bu cür aksiyaları yüksək qiyətləndiriblər.

Universitetin tələbələri və qonaqlar elə təhsil ocağının həyətində Amerika yeməkləri ilə tanış olublar. Azərbaycanda təhsil alan amerikalı tələbələr, eləcə də Amerika səfirliyinin işçiləri isə Azərbaycan musiqisini dinləməklə bərabər, xalq tətbiqi sənət nümunələrindən təşkil edilmiş sərgiyə tamaşa ediblər.

Xatırladaq ki, “Amerika günləri”nə mart ayının əvvəllərində start verilib. Bir ay müddətində ölkənin mədəniyyətinin tanıdılması məqsədilə müxtəlif tədbirlər həyata keçirilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar