Azərbaycan Milli Elmlər Akademiyasının loqotipi yaradılıb. Loqotip AMEA prezidenti, akademik Akif Əlizadə tərəfindən təsdiq edilib.
ANS PRESS-in AMEA-nın saytına istinadən verdiyi məlumata görə, loqotip istənilən idarə və müəssisənin, şirkətin tanınmasında mühüm rol oynayan vasitələrdən biridir. Akademiyanın loqotipi dairəvi formadadır.
Tünd qırmızı rəng çalarında olan loqoda Azərbaycan Milli Elmlər Akademiyasının adı 2 dildə - Azərbaycan və ingilis dillərində dairəvi formada yazılıb, dairənin mərkəzində isə AMEA-nın əsas binasının qrafik təsviri əks olunub.
AMEA-nın loqotipi
Qurumun prezidenti loqotipi təsdiqləyib.




Şərhlər