AMEA-nın bölmələri üzrə 2011-ci il üçün doktoranturaya 60 əlavə yer ayrılıb
26 Dekabr 2011 Bazar Ertəsi 14:00
Doktoranturada təhsil yanvarın 1-dən başlayacaq.
Azərbaycan Nazirlər Kabineti 2011-ci il üçün doktoranturaya 60 əlavə plan yeri ayırıb. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) doktorantura və kadrlar şöbəsinin müdiri Sara Əfəndiyeva bildirib. Onun sözlərinə görə, 2011-ci il üçün doktoranturaya 215 plan yeri ayrılıb.

Azərbaycan Nazirlər Kabineti doktoranturaya qəbulun keçirilməsində iki il fasilə yaranması və qəbul imtahanlarında yüksək nəticə göstərən namizədlərin çoxluğu ilə əlaqədar AMEA-nın müraciətini nəzərə alaraq, əlavə 60 plan yerinin ayrılması barədə qərar çıxarıb. Həmin yerlərə doktoranturaya keçirilən qəbul imtahanlarında yaxşı nəticələr göstərən, lakin müsabiqədən keçməyən namizədlər qəbul ediliblər. Əlavə plan yerləri AMEA-nın bütün bölmələri üzrə ayrılıb. Beləliklə, bu il Azərbaycanda doktoranturaya qəbul edilən şəxslərin sayı 275 nəfər olub.

Qeyd edək ki, doktoranturada təhsil yanvarın 1-dən başlayacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar